Çinlilər Azərbaycana daha çox gələcək – Yeni saziş

Çinlilər Azərbaycana daha çox gələcək – Yeni saziş Geri

19.04.2018

Milli Turizm Təbliğat Bürosunun dəstəyi ilə Bakı şəhərində Azərbaycan və Çin turizm şirkətləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Sağlamlıq turizmi sahəsində ixtisaslaşan bu şirkətlər ilk dövrdə Azərbaycana Çindən 2 min nəfərə yaxın turistin səfərini təşkil etməyi nəzərdə tutub. Yerli bazarı araşdıran çinli mütəxəssislərin rəyinə görə onların vətəndaşlarını daha çox Naftalan cəlb edəcək.

Milli Turizm Təbliğat Bürosundan verilən məlumata əsasən, tur paketlər 12 günü əhatə edəcək və bu müddət ərzində çinlilər Bakı və Naftalanda olacaqlar. Çinli mütəxəssislər vurğulayır ki, il ərzində təxminən 1 milyon çinli sağlamlıq turizmi məqsədilə ölkədən çıxır. Onlar daha çox orta və yaşlı nəslin nümayəndələridir.

Qeyd edək ki, əvvəllər çinli turistlər daha çox ümumi Cənubi Qafqaz vahid tur paketi çərçivəsində ölkəmizə səfər edirdilər. Yeni sazış isə yalnız Azərbaycana gəlişi nəzərdə tutur.

Milli Turizm Təbliğat Bürosunda Çin bazarının prioritet istiqamət olduğunu vurğulayırlar. Ötən ildən Azərbaycanın turizm potensialı daha intensiv təbliğ edilir. Azərbaycana sosial media jurnalistləri, blogerlər, turagentlər dəvət edilir, Çinli partnyorlara geniş layihələr qurulur. Məhz bunun nəticəsi olaraq yeni saziş də ərsəyə gəlib.

2017 ildə Azərbaycana gələn Çin vətəndaşlarının sayı 10258 nəfər təşkil edib.




TURİZM TƏQVİMİ

X GABALA INTERNATIONAL...

Gabala International Music Festival is an annual festival of classical music held every summer beginning in...

ZHARA FESTIVAL

The annual music festival "ZHARA" was held for the first time in 2016 and immediately received the...

WINE FESTIVAL IN SHAHDAG

Wine Festival will be held in Shahdag Mountain Resort in August. Different brands & types of local wine,...