Azərbaycan turizmi İtaliya bazarında intensiv...

Azərbaycan turizmi İtaliya bazarında intensiv sürətlə təbliğ edilir Geri

13.03.2018

Son zamanlarda Milli Turizm Təbliğat Bürosunun təşkilatçılığıyla İtaliyanın bir sıra media və turizm şirkətlərinin nümayəndələri Bakı, Mərəzə, Lahıc, Şəki, Gəncə və ölkənin digər regionlarına səfər edib.

Bunun nəticəsi olaraq İtaliya mediasında silsilə məqalələr yerləşdirilib.

Məqalələrdə Azərbaycanın səhiyyə, qasroturizm potensialından məlumatlar verilib. Həmçinin ölkənin infrastrukturun inkişafından, iri miqyaslı tədbirlərdən, o cümlədən Formula 1-dən bəhs edilib.

Xalça muzeyi, Heydər Əliyev Mərkəzi, İçərişəhər, Flame Towers, Yanar Dağ, palciq vulkanlari, Qobustan, Şəki Xan Sarayı, Kiş və digər gəzməli və görməli yerlər haqqında məlumat verilib.

Məqalələrdə ölkəmizdə səyahətin nə qədər faydalı, sərfəli və maraqlı olacağı vurğulanıb. Qeyd edilib ki, Bakida gecələmək üçün beynəlxalq otellər ve hostellər çox yaxşidir, və ölkənin qalan strukturu İtaliya bazari üçün çox uyğundur.

Bildirib ki, Azərbaycanda apreldən oktyabra qədər 7 gecəlik turlar, 9 gecəlik Grantour təşkil olunacaq.

Həmçinin, müxtəlif konseptlərdə tədbirlər de təşkil etmək mümkündür. Məsələn, memarlıq turlari, ənənəvi təndir çörəyi hazirlama üçün dərslər və ənənəvi mətbəxlə tanışlıq. Məqalələrdə milli adət ənənələri əks elətdirən xüsüsi tədbirlərin keçirəcəkləri haqqinda bildirir. Buna səyahetçilərin iştirak etdiyi çay mərasimləri və kəlağayının necə hazirlanmasi prosesinin öyrədilməsi, və ya şəbəkənin necə düzəldilməsinin sirləri müşahidə etməklə ilə bağlı tədbirlər daxildir.

Müəlliflər bu ideya və təşəbbüslərin həyata keçirilməsində Milli Turizm Təbliğat Bürosunun yaxindan iştirak etdiyini və dəstəyini qeyd ediblər.




TURİZM TƏQVİMİ

HAZELNUT FESTIVAL IN ZAGATALA

Hazelnut Festival will be held in Zagatala, the center of the northwestern district of the same name and home...

UEFA Europa League final...

The 2018/2019  UEFA Europa League  final will be held in Baku’s Olympic Stadium.