Moskvada Azərbaycan və Dağıstan arasında...

Moskvada Azərbaycan və Dağıstan arasında turizmlə bağlı müzakirələr olub Geri

17.03.2017

Milli Turizm Təbliğat Bürosunun nümayəndələri 14-16 mart tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “MİTT 2017” beynəlxalq turizm sərgisində iştirak ediblər. Sərgi çərçivəsində Büronun rəhbərliyi bir sıra görüşlər keçirib.  Azərbaycan və Rusiya Federasiyasının Dağıstan Respublikası arasında turizm sahəsində əməkdaşlığın perspektivləri Milli Turizm Təbliğat Bürosunun rəhbəri Fuad Nağıyev və Dağıstanın turizm və xalq bədii sənətkarlıq naziri Rəbiyyət Zakavovanın görüşündə müzakirə edilib.

Görüşdə iki qurumun xətti ilə qonşu regionların turizm potensialının inkişaf etdirilməsi, turizm sahəsinə sərmayələrin cəlbi, həmçinin beynəlxalq turizmin inkişafı üçün şəraitin genişləndirilməsi məsələləri də toxunulub. Eyni zamanda, tərəflər birgə yeni quru və dəniz turizm marşrutlarının yaradılmasını müzakirə ediblər.




TURİZM TƏQVİMİ

UEFA Europa League final...

The 2018/2019  UEFA Europa League  final will be held in Baku’s Olympic Stadium.