Rəhbərlik

Rəhbərlik

Fuad Nağıyev

Direktor

Fuad Hümbət oğlu Nağıyev 22 iyul 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur.

Fuad Nağıyev Bakı şəhərində 23 saylı orta məktəbdə təhsil almışdır.1992-1997-ci illərdə Bakı Dövlət Universitetin Hüquq fakultəsində təhsil almışdır. Təhsilini 1997-2000-ci illər ərzində AR Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun aspirantı kimi davam etmişdir. 1998-ci ilin sentyabr-noyabr aylarında İngiltərənin Birminhem Universitetində Avropa Şurasının İnsan hüquqları üzrə hüquq və təcrübə proqramında təhsil almışdır.

2004-2006-cı illərdə Aeroport Qeyt Biznes Aviasiya şirkətində xidmət və şöbə rəisi, 2006-2009-cu illərdə “Paşa İnşaat” MMC-nin direktoru, 2007-2009-cu illərdə “Bakı Dəmir-Beton-8” ASC-də baş direktor vəzifələrində çalışmışdır.

2010-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin hüquq sektorunda böyük məsləhətçi kimi fəaliyyət göstərmiş və “2-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsinə sahib olmuşdur. 2014-2017-ci illər ərzində “1-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi ilə Nazir köməkçisi vəzifəsində çalışmışdır.

6 fevral 2017-ci il tarixindən etibarən Milli Turizm Təbliğat Bürosu publik hüquqi şəxsin direktorudur.

Hüquq elmləri namizədidir.

Rus və ingilis dillərini bilir.

Evlidir, üç övladı var.



XƏBƏRLƏR

Çinlilər Azərbaycana daha...

Milli Turizm Təbliğat Bürosunun dəstəyi ilə Bakı şəhərində Azərbaycan və Çin turizm şirkətləri arasında...

Novruz festivalı sorğusu

Novruz festivalı (20-25 mart) çərçivəsində Bakı şəhərində Fəvvarələr meydanında festival ərazisində sorğu...

Azərbaycan turizmi İtaliya...

Son zamanlarda Milli Turizm Təbliğat Bürosunun təşkilatçılığıyla İtaliyanın bir sıra media və turizm...