FAQ

FAQ

“Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər  haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2016-cı il tarixli 1179 nömrəli Fərmanına uyğun olaraq 2017-ci il fevral ayının 6-da təsis edilmiş və müvafiq dövlət qurumu tərəfindən qeydiyyata alınaraq fəaliyyətə başlamışdır.

Azərbaycanın beynəlxalq imicinin formalaşdırılması, Bakı şəhər brendinin istifadəsi üzrə uzunmüddətli fəaliyyət planının hazırlanması, brenddən istifadə üzrə nəzarət tədbirlərinin görülməsi, fərqli səviyyələrdə təkrar brendinq seçimi və marketinq işlərinin əlaqələndirilməsi, turistlərin məmnunluğunun artırılması məqsədilə yaradılmışdır.

Milli Turizm Təbliğat Bürosu Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində publik hüquqi şəxs kimi fəaliyyət göstərir.

Turizm sahəsində Bakı şəhəri və Azərbaycan Respublikasının digər regionları üçün marketinq və kommunikasiya planlarının hazırlanması; Turizm brendinin formalaşdırılması, onların istifadəsi üzrə uzunmüddətli fəaliyyət planlarının hazırlanması və beynəlxalq səviyyədə təbliği üzrə tədbirlər həyata keçirilməsi; Hədəf ölkə qrupları üzrə tədqiqatların aparılmasıdır.

Büro Azərbaycan Respublikasının bütün regionlarını əhatə edən Azerbaijan.travel portalı və Bakı şəhərinin turistik imkanlarını göstərən SalamBaku.travel  veb səhifələrini hazırlamış və onların gündəlik nəzarətini həyata keçirməkdədir. Bundan başqa, Facebook-da Azerbaijan and Travel səhifəsini idarə edir. 



TURİZM TƏQVİMİ

X GABALA INTERNATIONAL...

Gabala International Music Festival is an annual festival of classical music held every summer beginning in...

ZHARA FESTIVAL

The annual music festival "ZHARA" was held for the first time in 2016 and immediately received the...

WINE FESTIVAL IN SHAHDAG

Wine Festival will be held in Shahdag Mountain Resort in August. Different brands & types of local wine,...